Şri-Lankada "Ditva" tropik qasırğası nəticəsində azı 123 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıb.
Yayılan məlumatlara görə, azı 130 nəfər itkin düşüb.
Qasırğadan təxminən 400 minə yaxın sakinin zərər çəkdiyi qeyd olunur. Ölkə üzrə yaradılan 488 müvəqqəti saxlanma mərkəzlərinə 43 mindən çox insan köçürülüb.
Yerli meteorologiya xidməti ölkədə kəskin hava şəraitinin davam edəcəyini proqnozlaşdırıb. Sakinlərə qabaqlayıcı tədbirlər görməklə bağlı xəbərdarlıqlar edilib.