Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Stiv Makkuinin idarə etdiyi avtomobili hərraca çıxarılır
1963-cü ilin "Shelby 289 Cobra" rodsteri avqustun 15-də başlayan və 17-nə qədər davam edəcək "Mecum Auctions" hərracında təqdim ediləcək.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu nümunə (seriya nömrəsi CSX2161) üç il ərzində məşhur amerikalı aktyor, avtomobil və motosiklet yarışçısı Stiv Makkuin tərəfindən idarə olunub.
Əslində, "Oskar" mükafatı almış sənətçi avtomobilin sahibi olmayıb, onu yalnız idarə edib. Bəstəkar Elmer Bernşteyn maşını dostu Stivə icarəyə verib.
"Shelby 289 Cobra" standart modeldən daha böyük mühərriki ilə seçilir - 4.3 litr əvəzinə 4.7 litr. Avtomobil 100 km/saata 5.7 saniyəyə sürətlənir, maksimal sürəti isə 214 km/saatdır.
Hərrac avqustun 16-da keçiriləcək. Lotun gözlənilən dəyəri 1.25-1.5 milyon dollar arasında olacaq.
Rəylər