Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və Vaşinqton nümayəndə heyətlərinin Donbas ərazisi ilə bağlı razılığa gələ bilmədiklərini bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Zelenski "Bloomberg" nəşrinə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, ABŞ-nin təklifləri "bir sıra həssas məsələlər" üzrə əlavə müzakirələr tələb edir ki, bunlara təhlükəsizlik zəmanətləri və Donbasın ərazi mənsubiyyəti də daxildir.
"ABŞ, Rusiya və Ukraynanın baxışları var, lakin bizim Donbasla bağlı vahid baxışımız yoxdur", - deyə Zelenski qeyd edib.