"Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.1-25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti"ndə dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda bildirilir ki, məhsulun qablaşdırılmasının üzərində və onların istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş "DƏRMAN VASİTƏSİ DEYİLDİR!" sözləri yazılmalıdır.