Suriyanın Homs şəhərində baş verən partlayış nəticəsində yaralananlardan üçü həyatını itirib. Bununla da ölənlərin sayı səkkiz, yaralananların sayı isə 18 nəfər olub.
Oxu.Az SANA agentliyinə istinadən xəbər verir ki, terror aktı zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıblar.
Yerli hüquq-mühafizə orqanları məscidin ətrafını mühasirəyə alıb, müvafiq orqanlar cinayəti törətməkdə əli olanları tapmaq istiqamətində araşdırmaya və sübutlar toplamağa başlayıblar.
İlkin məlumatlara görə, hadisəyə məscidin içərisinə yerləşdirilmiş partlayıcı qurğular səbəb olub.
Suriyada məsciddə baş verən partlayış nəticəsində azı beş nəfər ölüb, 21 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə SANA agentliyi Suriya Səhiyyə Nazirliyinin rəsmisinə istinadən məlumat yayıb.
Suriyanın Homs şəhərindəki İmam Əli məscidində ibadət zamanı terrorçu partlayış törədib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sham" telekanalı məlumat yayıb.
Məlumata görə, bu gün baş verən terror aktı nəticəsində müsəlman dindarlar arasında həlak olanlar və yaralılar var.
Ölənlərin sayı barədə dəqiq məlumat verilməyib.