"2025-ci ildə bizim vətəndaşlarımız üçün Albaniya, Serbiya, BƏƏ, Qətər, Mərakeş və Çinə vizasız gediş-gəliş tətbiq edilib".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

XİN başçısı bildirib ki, hazırda digər beş ölkə ilə vizadan qarşılıqlı azad olmaq üçün danışıqlar gedir:
"Əminəm ki, 2026-cı ildə həmin dövlətlərlə razlaşma əldə edəcəyik".
Mərahim Nəsib