Türkiyə Silahlı Qüvvələrinin Suriyada “Fırat kalkanı” (“Fərat qalxanı”) adı altında keçirdiyi antiterror əməliyyatının 41-ci günündə bir hərbçi şəhid olub, 3-ü yaralanıb.
Oxu.Az “CNN Türk” telekanalına istinadən xəbər verir ki, hadisə Suriyanın Ziyara bölgəsində baş verib.
Məlumatda o da qeyd olunur ki, əməliyyat zamanı 18 İŞİD üzvü qətlə yetirilib.
A.M.