Suriyanın qərbində yerləşən Latakiya vilayətində güclü partlayış olub.
Oxu.Az ərəb KİV-ə istinadən xəbər verir ki, partlayış Cabla şəhərində baş verib. Yerli KİV 25 dinc sakinin, o cümlədən qadın və uşaqların öldüyünü bildirib.
Sakinlər qeyd ediblər ki, partlayışa səbəb stadionun yaxınlığında partlayıcı ilə dolu olan avtomobili olub.
Xatırladaq ki, Latakiya vilayətində Rusiya Hava-Kosmik Qüvvələrinin istifadə etdiyi Hmeyim aerodromu yerləşir.
N.O.
www.oxu.az