Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tacikistan, Qırğızıstan və Özbəkistan üç ölkənin sərhədlərinə dair saziş imzaladılar
Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri Emoməli Rəhmon, Sadır Japarov və Şavkat Mirziyoyev üç respublikanın sərhədlərinin qovuşma nöqtəsinə dair saziş imzalayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS məlumat verib.
Məlumata görə, imzalanma mərasimi Tacikistanın şimalındakı Soqd vilayətinin inzibati mərkəzi olan Xucənddə dövlət başçılarının görüşü çərçivəsində baş tutub.
Bundan əlavə, liderlər əbədi dostluq haqqında Xucənd Bəyannaməsini imzalayıblar.
Tədbir Tacikistan liderinin Xucənd yaxınlığındakı Güliston iqamətgahında baş tutub.
"Tacikistan" teqi üzrə xəbərlər
- Şərq və Qərb sənətinin qovşağında: Azərbaycan irsi Tacikistanda təqdim olunur
- Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- Tacikistan sosial şəbəkələrdə bəyənmələrə görə cinayət məsuliyyətini ləğv edib
- Cahit Yaycı AB ilə müqavilə imzalayan dövlətləri kəskin tənqid etdi: "Bunun hesabı verilməlidir"
- Tacikistanda zəlzələ nəticəsində təxminən 100 ev dağılıb
Ən çox oxunanlar