Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tailandda qadın onu dişləyən kobranı əlləri ilə öldürüb: Özü ilə xəstəxanaya gətirib
Tailandın Sakeu əyalətində 3-4 metrlik kral kobrası meşədə göbələk toplayan qadını dişləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Thaiger" nəşri yazıb.
Məlumata görə, ölümcül təhlükəli kobra Supin Vanpxen adlı qadına hücum edib və onu ayağından dişləyib. Lakin qadın özünü itirməyib və ilanı zərərsizləşdirə bilib.
Daha sonra Supin Vanpxen xəstəxanaya təkbaşına gəlib və öldürdüyü ilanı da özü ilə gətirib, bununla da xəstəxana işçilərini şoka salıb.
Qadına vaxtında lazımi tibbi yardım göstərilib və o, hazırda həkimlərin nəzarəti altında sağalır.
Qadının rəfiqəsi hadisə barədə sosial şəbəkədə paylaşım edib.
"Supin Vanpxen, mənim inanılmaz cəsarətli rəfiqəm göbələk yığmağa gedib və kral kobra tərəfindən dişlənib. O, ilanı öz əlləri ilə öldürüb və xəstəxanaya gətirib. O, həqiqətən də heyrətamizdir. İndi intensiv terapiya bölməsindən buraxılıb və həyatına təhlükə yoxdur", - deyə qadının rəfiqəsi qeyd edib.
"Tailand" teqi üzrə xəbərlər
- Tailandda dəhşətli hadisə: Varan yeni doğulmuş körpəni parçaladı
- Myanmada silsilə zəlzələlər qeydə alındı
- Tailandda kişi dini bayramda mal əti yedikdən sonra Sibir xorasından öldü
- Tailandda təyyarə qəzasında həlak olanların sayı artdı
- Tailandda sərnişin avtobusu külə döndü: Yeddi nəfər ölən, 30-dan çox yaralanan var