Tbilisidə iğtişaşlar nəticəsində 6 etirazçı və 21 polis əməkdaşı yaralanıb.
Oxu.Az-ın Gürcüstan KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Daha 30 nəfərə hadisə yerində tibbi yardım göstərilib.
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə keçirilən etiraz aksiyaları, o cümlədən hökumətin zorakılıqla devrilməsi çağırışları ilə bağlı cinayət işi açıb.
Gürcüstanın paytaxtı Tbilisidə baş verən iğtişaşlar zamanı 14 polis əməkdaşı yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, onlardan birinin vəziyyəti ağırdır.
Hadisə zamanı bir neçə etirazçı saxlanılıb.
Baş Nazir İrakli Kobaxidze Tiflisdə Prezident Sarayının yaxınlığında keçirilən mitinqi cinayət adlandırıb və iştirakçıların cəzalandırılacağını bildirib.