"Gürcüstanın hüquq-mühafizə orqanları oktyabrın 4-də Tbilisidə prezident sarayına basqının cəhd edildiyi iğtişaşların 13 iştirakçısını saxlayıb".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə deyib.
"İstintaq çərçivəsində ilkin mərhələdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayətin 15 iştirakçısı müəyyən edilib, onlardan 13-ü artıq məhkəmənin qərarı ilə saxlanılıb", - deyə o vurğulayıb.