Tehranın cənubunda avtobus dayanacağında naməlum şəxs bıçaqla insanlara hücum edib.
Oxu.Az-ın Irna agentliyinə istinadən məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə yaralanıb.
İnsident yerli vaxtla saat 16:30-da baş verib. Yaralılar xəstəxanaya çatdırılıblar, onların vəziyyəti qənaətbəxş hesab olunur.
Hücum edən şəxs polis tərəfindən saxlanılıb.
Hadisənin təfərrüatları araşdırılır.
S.B.
www.oxu.az