ABŞ Silahlı Qüvvələrinə məxsus "AH-64 Apache" helikopteri avqustun 12-də Texas ştatının mərkəzi hissəsində qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının "X" sosial şəbəkəsində yaydığı press-relizdə məlumat verilib.
Qəza nəticəsində helikopterin göyərtəsində olan iki nəfər həlak olub.
Helikopterin düşdüyü ərazidə yanğın başlayıb. Bununla əlaqədar yaxın ərazilərin sakinləri təxliyə edilib.
Qaynar xətt:
(055) 224 12 12