ABŞ Prezidenti Donald Tramp ABŞ-yə daxil olan bütün xarici filmlərə 100 faizlik gömrük rüsumunun tətbiqi barədə göstəriş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o özünün "Truth" sosial şəbəkəsində yazıb.
Ağ Evin rəhbəri ABŞ-nin Ticarət Nazirliyinə və ticarət nümayəndəsinə xaricdə istehsal olunan istənilən filmə rüsum tətbiq edilməsi səlahiyyətini verib. Siyasətçi öz qərarını onunla izah edib ki, müxtəlif ölkələr rejissor və kinostudiyaları ABŞ-dən çıxarmağa can atırlar.
"ABŞ-də Hollivud və bir çox başqa ərazilər boşalır. Bu, digər ölkələrin birgə səyidir və buna görə də milli təhlükəsizliyə təhdiddir", - deyə Tramp qeyd edib.