Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tramp digər ölkələrə təmənnasız yardımları dayandırmağı təklif edib
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Vaşinqton istənilən ölkəyə təmənnasız yardımdan imtina etməli və yalnız kredit şəklində vəsait ayırmalıdır.
Bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
Trampın fikrincə, ABŞ Senatı xarici yardımların pul şəklində ayrılmasını dayandırmalıdır. O, hesab edir ki, bu, yalnız kredit şəklində edilməlidir.
Siyasətçi kreditin əlverişli şərtlərlə, məsələn, faizsiz və qeyri-məhdud müddətə verilə biləcəyini vurğulayıb.
Xatırladaq ki, Tramp yenidən Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülmək üçün mübarizə aparır.
Mənbə: İnterfaks
"Donald Tramp" teqi üzrə xəbərlər
- KİV: "ABŞ Panama kanalını hərbi yolla tutmaq planı hazırlayıb"
- Tramp: "Qrenlandiya ABŞ-yə birləşəcək"
- Tramp: "Hansı ərazilərin Ukraynaya qalıb-qalmayacağını müzakirə edirik"
- Tramp Putinin atəşkəs bəyanatını yarımçıq adlandırdı
- "The Wall Street Journal": Avropa ABŞ-nin dəstəyi olmadan Rusiyaya qarşı tab gətirə bilməz