ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılığa gəlməyi çox istədiyini və bu ideyaya tamamilə açıq olduğunu bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, dövlət başçısı Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl Səudla danışıqların əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bu açıqlamanı verib.
"Düşünürəm ki, onlar razılığa gəlməyi çox istəyirlər. Mən buna tamamilə açığam. Biz onlarla danışırıq və prosesə başlayırıq", - Tramp deyib.