"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ona ünvanlanan tənqidlərə cavab verib.
Oxu.Az xəbər verir ki, o bu barədə "İnstagram" hesabında paylaşım edib.
"Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır", - deyə o qeyd edib.
Xatırladaq ki, Ş.Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyundan (3:1) sonra jurnalistlərə açıqlamasında Azərbaycan dilində səlis danışa bilməməsi səbəbindən sosial şəbəkələrdə tənqid olunmuşdu.
Həmin matçda zədələnən qapıçı 2-3 ay meydanlardan uzaq qalacaq.