Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp xarici ölkələrdə, xüsusən də İranda hakimiyyət dəyişikliyi cəhdlərinin səmərə verəcəyinə inanmadığını vurğulayıb.
Oxu.Az xəbər verir ki, ABŞ lideri bu barədə Fransada baş tutan "Böyük yeddilik" (G7) sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
"Mən rejim dəyişikliyinə inanmıram və uzun illər ərzində bu cür dəyişikliklərin şahidi olmuşam. Onlar heç vaxt nəticə vermir. Bu, sadəcə olaraq təbii şəkildə baş verməlidir".
Tramp, həmçinin bildirib ki, rejim dəyişikliyi heç vaxt onu maraqlandırmayıb və bu ideyanın özü heç bir planın tərkib hissəsini təşkil etməyib.