ABŞ Prezidenti Donald Tramp maliyyəçi Cefri Epşteynə məxsus adaya heç vaxt səfər etmədiyin açıqlayıb.
Oxu.Az xəbər verir ki, Tramp jurnalistlərlə söhbətində sabiq ABŞ lideri Bill Klintonun isə Epşteynin adasına 28 dəfə səfər etdiyini vurğulayıb.
"Demokratlar diqqəti öz uğursuzluqlarından və Tramp Administrasiyasının nailiyyətlərindən yayındırmaq üçün Epşteyn işini qəsdən gündəmdə saxlayırlar.
Bu, demokratların mistifikasiyasıdır. Onlar bu yolla hökumətin bağlanması (şatdaun) məsələsindəki məğlubiyyətlərini və seçkilərdə uduzmalarını ört-basdır etməyə çalışırlar", - deyə Amerika lideri bildirib.