ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun Davosda keçirilən Dünya İqtisadi Forumundakı görünüşünü şərh edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "İzvestiya" nəşri məlumat verib.
"Bu günlərdə onun eynəyi ilə bağlı bu, nə məsələ idi? Lənətə gəlsin, bu nə idi?", - deyə Tramp Ayova ştatında çıxışı zamanı qeyd edib.
Bildirilir ki, Fransa prezidenti gözündəki kapilyarlar partladığına görə foruma tünd eynəklə gəlib. Tramp həmçinin tədbirdə də Makronun görünüşü ilə maraqlanıb, lakin heç bir cavab almayıb.
Xatırladaq ki, Emmanuel Makron yanvarın 15-də İstr şəhərində hərbçilər qarşında gözünün kapilyarları partlamış şəkildə çıxış edib. O, xoşagəlməz görünüşünə görə üzr istəyib, lakin əlavə edib ki, ona ciddi bir şey olmayıb.
Qeyd edək ki, Britaniyanın Baş naziri Kir Starmer də Fransa prezidentini eynəyinə görə lağa qoyub və Londonda keçirilən komediya şousunda günəş eynəyi taxıb. Tədbir zamanı o, aparıcıya deyib ki, artıq sammitlərdə eynək taxmaq barədə düşünür.