ABŞ prezidenti Donald Tramp Ədliyyə nazirliyi, FTB və Amerikanın sabiq lideri Barak Obamanın “bandası”nın qalan üzvlərini “Tarmpın dosyesi”nə aidiyyəti olduqları üçün məsuliyyətə cəlb olunmasını tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların başçısı “Twitter” hesabında yazıb.
“Artıq biz müəyyən etmişik ki, bu dosye həqiqətən də çirkli olub, yalançı Hillari Klinton və Demokratik partiyanın Milli Komitəsi tərəfindən maliyyələşdirilib və konkret məqsəd – məhkəmə orqanlarına ötürülməsi – güdüb.
Məhz bu səbəbdən də xüsusi prokuror Robert Müller təzadlı və şübhəli “cadugarlar ovuna” başlayıb”, - Tramp bəyan edib.
ABŞ prezidenti hesab edir ki, “banda” Hillari Klintonun “cadugarlar ovu”nda iştirakını gizlədib və ədliyyə orqanlarını respublikaçıların komandasının izlənməsinə bəhanə tapmaq üçün aldadıb.
“İzlənmənin hədəfi Karter Peyc (prezidentin sabiq məsləhətçisi) deyil, Tarmpın özü olub”, - Amerika lideri bildirib.
Britaniya xüsusi xidmət orqanlarının əməkdaşı Kristofer Stil tərəfindən tərtib edilən dosye 2017-ci ilin yanvarında dərc olunub.
Sənəddə Moskvanın Trampa dair kompromata malik olduğu iddia edilir.
ABŞ prezidenti dəfələrlə bu dosyenin yalan olduğunu söyləyərək FTB-nin fəaliyyətini tənqid edib.
Rəylər