ABŞ Prezidenti Donald Tramp senator Lindsi Qrem tərəfindən təklif edilən anti-Rusiya sanksiyalarına dair qanun layihəsini öyrəndiyini bildirib.
Oxu.Az bu barədə "Kommersant" nəşrinə istinadla xəbər verir.
Rusiya ilə bağlı bundan sonra nə edəcəyi sualına ABŞ lideri "kiçik bir sürpriz" təşkil etmək istədiyini söyləyib:
"Senatorlar çox sərt sanksiyalar qəbul edirlər. Mən bunu nəzərdən keçirirəm", - deyə Tramp bildirib.
Tramp, həmçinin bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putindən narazıdır. Onun sözlərinə görə, Putin ilk baxışdan "xoşrəftar kimi görünsə də, boş və mənasız sözlər" söyləyir.
Tramp daha əvvəl Rusiya liderinin Ukraynadakı münaqişədə davam etmək qərarından məyus olduğunu bildirmişdi.
L.Qrem 2025-ci ilin aprelində Rusiya əleyhinə qanun layihəsini təqdim edib və onun mahiyyətini belə izah edib:
"Əgər siz Rusiyadan mıəhsul alıb Ukraynaya kömək etmirsinizsə, o zaman sizin məhsullarınıza 500 faizlik rüsum tətbiq edilir".
Siyasətçinin sözlərinə görə, Senatın 100 üzvündən 82-si qanun layihəsini dəstəkləməyə hazırdır.