Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Tramp təyyarəsinin İran tərəfindən vurulacağından qorxur](https://images.oxu.az/2025/02/10/Z3XqoQVeplCT4Y0wJxUjsNRCmRpaoYnfsq0QFivu:1200.webp)
Tramp təyyarəsinin İran tərəfindən vurulacağından qorxur
ABŞ Prezidenti Donald Tramp şəxsi təyyarəsinin İran tərəfindən vurula biləcəyindən narahatdır.
Oxu.Az NTV telekanalına istinadla xəbər verir ki, bu barədə yaxın zamanda nəşr ediləcək və D.Trampın iqtidara yüksəlişindən bəhs edən kitabda məlumat verilir.
Ağ Ev rəhbərinin əndişələri o qədər artıb ki, o, "Trump Force One" təyyarəsindən istifadə etməyi dayandırıb.
Ötən il ABŞ-nin təhlükəsizlik qüvvələri prezident seçkisi zamanı D.Trampa və komandasına İranla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda deyilirdi ki, Tehran ABŞ-yə "yer-hava" raketləri əldə edə biləcək agentlər yerləşdirib və D.Trampa qarşı sui-qəsd törədilmə ehtimalı var.
Bunun qarşısını almaqdan ötrü görülən təhlükəsizlik tədbirləri çərçivəsində Birləşmiş Ştatların lideri milyarder Stiv Vitkoffa məxsus təyyarə ilə səyahət edib. Lakin D.Tramp bütün təhlükələr fonunda komandasına özünün təyyarəsi ilə uçmağına icazə verib, bu da onları qəzəbləndirib.
Komandası hesab edib ki, D.Tramp onlardan "yem" kimi istifadə edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Orban: "ABŞ-nin xarici yardımı Macarıstanda hökumətin devrilməsinə xərclənib"
- Tayvan Trampın yüksək rüsumlarından yayınmağın yolunu tapdı
- İran Trampa GÜVƏNMİR - ABŞ ilə yeni saziş məsələsinə Tehrandan münasibət
- Makron: "ABŞ Aİ-yə yeni tariflər tətbiq edərsə, özündə inflyasiyaya gətirib çıxaracaq"
- Tramp: "ABŞ Qəzzanı satın ala bilər"
Rəylər