Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tramp Zelenskinin resurslarla bağlı sazişi imzalayacağına inanır
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Ukraynanın mineral ehtiyatları ilə bağlı saziş imzalamaq üçün Vaşinqtona qayıtmasını gözləyir.
Oxu.Az xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində danışıb.
O, aparıcının müvafiq sualına imzalanmanın baş tutacağına inandığı cavabını verib.
Bundan əvvəl NBC telekanalı mənbələrə istinadla bildirib ki, ABŞ-nin Kiyevə hərbi yardım göstərməsini və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməsi üçün Ukraynanın faydalı qazıntıları üzrə sazişin bağlanması kifayət etməyəcək.
Qeyd edildiyi kimi, Tramp Zelenskidən sülh danışıqlarına münasibətini dəyişməsini güzəştə getməyə hazır olduğunu göstərməsini istəyir.
"ABŞ-Ukrayna münasibətləri" teqi üzrə xəbərlər
- Tramp Britaniya kralının Zelenski ilə görüşündən narazılığını bildirib
- "Maxar" Ukraynanın peyk məlumatlarını əldə etmək imkanını tam məhdudlaşdırdı
- KİV: "Ukrayna və ABŞ Ər-Riyadda keçiriləcək danışıqlara hazırdır"
- ABŞ Ukrayna ilə münasibətlərin bütün aspektlərini yenidən nəzərdən keçirir
- Zelenski: "Yaxın zamanda sülhü tezləşdirmək üçün ilk addımlarla bağlı plan hazır olacaq"