ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, İranın müraciətindən sonra münaqişənin nizamlanması ilə bağlı danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. Tramp bildirib ki, atəşkəs rejimi isə artıq başa çatıb.
Oxu.Az xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
* ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
* İsrail ABŞ-nin İrana qarşı gələcək hücumlarına qoşulmağa hazırdır
* ABŞ Xarq adasını desant gəmisi xarab olduğu üçün ələ keçirə bilməyib - YENİ İDDİA
ABŞ prezidenti qeyd edib ki, İran sülh danışıqlarını davam etdirmək üçün rəsmi Vaşinqtona müraciət edib və ABŞ tərəfi bu təklifi qəbul edib.
Xatırladaq ki, iyulun 8-9-da ABŞ hərbçiləri İrana bir sıra güclü zərbələr endiriblər. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, bu addım İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq atılıb.
İran tərəfi isə buna cavab olaraq ABŞ-nin Küveyt, Bəhreyn və İordaniyadakı hərbi bazalarına zərbələr endirib.