ABŞ Fransa şərablarına, eləcə də şampan şərabına 200% rüsum tətbiq etmək niyyətindədir.
Oxu.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Tramp qeyd edib ki, bu halda Fransa Prezidenti Emmanuel Makron Qəzza zolağındakı vəziyyətin nizamlanması üzrə Vaşinqtonun təşəbbüsü ilə yaradılan Sülh Şurasının işində iştirak dəvətini qəbul edəcək.
"Mən Fransa şərabı və şampanına 200% rüsum tətbiq edəcəyəm və Makron Sülh Şurasına qoşulacaq", - deyə Tramp bildirib.