Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Trampın ilk 100 günü: Reytinqi 80 ilin ən aşağı səviyyəsinə düşdü
ABŞ Prezidenti Donald Tramp 100 gün hakimiyyətdə olduqdan sonra son 80 il ərzində ən aşağı bəyənmə reytinqini alıb. Öncəki antirekord da 2017-ci ildə Trampa məxsus olub.
Oxu.Az xəbər verir ki, bunu ABC televiziya şirkəti, "The Washington Post" qəzeti və "Ipsos" sosioloji xidmətinin birgə keçirdiyi sorğunun nəticələri sübut edir.
Nəticələrə görə, amerikalıların 55%-i Trampın prezident kimi fəaliyyətini bəyənmədiyini bildirib, 39%-i isə onun prezident kimi fəaliyyətini müsbət qiymətləndirib.
Eyni zamanda, ABŞ-nin əsas problemlərinin həlli baxımından əhali demokratlardan daha çox Trampa və onun partiyasına güvənir.
Sorğu aprelin 18-dən 22-dək aparılıb. Sorğuda ölkənin hər yerindən 2,4 mindən çox insan iştirak edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp: "Zelenski ən böyük alverçidir"
- Rəcəb Tayyib Ərdoğan: "Putinlə Zelenski arasında görüşün baş tutmaması Türkiyə ilə əlaqəli deyil"
- FTB-nin sabiq direktoru Trampa "8647" mesajına görə dindirildi
- Tramp: "İrana dinc nüvə enerjisi lazım deyil"
- Tramp administrasiyası Baydenin məxfi səs yazısını dərc etməyə hazırlaşır