Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Trampın qərarı "Coca-Cola"nı çətin vəziyyətə salıb: Çıxış yolu axtarılır](https://images.oxu.az/2025/02/12/V1FyvkxBZsOyqySx6yJBF0vnBlkfNbFT9rL7NRQF:1200.png)
Trampın qərarı "Coca-Cola"nı çətin vəziyyətə salıb: Çıxış yolu axtarılır
ABŞ-nin "Coca-Cola" içki istehsalçısı Birləşmiş Ştatların Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər ucbatından alüminiumun bahalaşması halında içkinin plastik şüşələrdə buraxılmasının artırılması ehtimalının olduğunu bildirib
Oxu.Az "The Guardian" qəzetinə istinadla xəbər verir ki, bunu şirkətin baş direktoru Ceyms Kuinsi deyib.
Onun sözlərinə görə, şirkət bankalar üçün alüminiumu Kanadadan idxal edir və buna görə də qiymət artımı problemini həll etməkdən ötrü yollar axtarmağa məcbur olacaq:
"Əgər alüminium bankalar bahalaşarsa, plastik şüşələrə daha çox diqqət yetirə bilərik".
Xatırladaq ki, D.Tramp bazar ertəsi xaricdən ölkəyə polad və alüminiumun idxalına 25 faiz həcmində gömrük rüsumu tətbiq etməyi tapşırıb.
"Coca-Cola şirkəti" teqi üzrə xəbərlər
- Avropada "Coca-Cola"dan sonra bu dəfə "Lay's" şoku: Satışdan yığışdırılır
- "Coca-Cola"nın tərkibində xərçəng yaradan MADDƏ AŞKARLANDI: Azərbaycanda vəziyyət necədir?
- "Coca-Cola" onmilyonlarla şüşəni geri çağırır - Tərkibində təhlükəli hissəciklər var
- Dünyanın ən məşhur qazlı içkilərinin istehsalçısı rekord məbləğdə cərimə oluna bilər
Rəylər