ABŞ-nin "The Coca-Cola Company" şirkəti 1976-cı ildə qeydiyyatdan keçmiş şüşə formalı ticarət nişanına eksklüziv hüquqlarını 10 il müddətinə uzadıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, Federal Əqli Mülkiyyət Xidmətinin məlumatları göstərir.
Məlumata görə, ticarət nişanına müraciət 10 il - 11 dekabr 2035-ci ilə qədər uzadılıb. Ticarət nişanı beynəlxalq mal və xidmət təsnifatının bir sinfi - alkoqolsuz içkilər üzrə qeydiyyata alınıb.
Ticarət nişanı üçün müraciət ilk olaraq 1975-ci ilin dekabrında təqdim edilib, 1976-cı ilin iyul ayında isə qeydiyyata alınıb. Şirkət bu ticarət nişanına hüquqlarını dəfələrlə uzadıb və ən sonuncu uzadılma 11 dekabr 2025-ci ilə qədər olub.