Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması barədə qərar verib.
Oxu.Az-ın xəbərinə görə, millət vəkillərinin əksəriyyəti hökumətin təqdim etdiyi müvafiq qanun layihəsini dəstəkləyib.
Xatırladaq ki, fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevriliş cəhdindən sonra tətbiq olunub.
S.B.
www.oxu.az