Türkiyənin baş naziri Binəli Yıldırım Suriyanın şimalında aparılan “Fərat qalxanı” əməliyyatının başa çatdığını və təhlükəsizlik üçün təhlükə yaranacağı təqdirdə yeni əməliyyatın başlana biləcəyini bildirib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, baş nazir bu barədə NTV telekanalına müsahibəsində deyib.
“Biz 2 min 15 kvadrat metri terrorçulardan təmizlədik, ora “Azad Suriya Ordusu”nu yerləşdirdik, qaçqınlar bu ərazilərə qayıtdılar, həyat qaydasına düşür. “Fərat qalxanı” əməliyyatı başa çatdı. Sonradan bizim üçün təhlükə yaranarsa, yeni əməliyyat həyata keçirilə bilər və o, başqa ad altında olacaq”, - deyə baş nazir bildirib.
S.B.
www.oxu.az