Türkiyə Yunanıstana şifahi nota verib.
Oxu.Az bu barədə "Milliyet" qəzetinə istinadən xəbər verir.
Notaya səbəb Yunanıstan Hərbi Hava Qüvvələrinin "X" sosial şəbəkə hesabında Türkiyənin Gürcüstanda qəzaya uğramış "C-130" tipli hərbi yük təyyarəsi ilə bağlı qalmaqallı paylaşım etməsi olub.

Belə ki, paylaşımda "C-130" təyyarələrinin fotoşəkilləri dərc edilərək "Günün fotosu" yazılıb.
Paylaşım Türkiyədə böyük etirazla qarşılanıb və bir müddət sonra silinib.
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.