Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb.
Oxu.Az "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb.
Qəza yerinə dərhal təcili tibbi yardım briqadaları, polis əməkdaşları və xilasedicilər cəlb olunublar. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Sərnişin avtobusu ilə yük maşınının toqquşmasının dəqiq səbəbi hələlik məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.