Türkiyənin Giresun bölgəsində dörd nəqliyyat vasitəsinin iştirakı baş verən zəncirvari qəzada üçü uşaq olmaqla bir ailənin 5 üzvü həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə zamanı daha yeddi nəfər xəsarət alıb.
Qeyd olunur ki, dəhşətli qəzaya yük maşınının işıqforun qırmızı işığında gözləyən avtomobilləri arxadan vurması səbəb olub.
Ağır yol-nəqliyyat hadisəsi təhlükəsizlik kamerasına düşüb.
Qaynar xətt:
(055) 224 12 12