Malatya vilayətində baş verən zəlzələdə 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib, 22 nəfər yüngül xəsarətlər alıb.
Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
“Hələlik itkilərimiz yoxdur. 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib. Qorxu, panika və hündürlükdən tullanma nəticəsində 22 vətəndaşımız yüngül xəsarət alıb”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, səlahiyyətli qurumların əməkdaşları ərazidə araşdırmaları davam etdirirlər.
#DEPREM: Malatya ili Yeşilyurt ilçesinde saat 20.48’de 5.3 büyüklüğünde bir deprem meydana geldi.
— AFAD (@AFADBaskanlik) August 10, 2023
Gelişmeleri takip ediyoruz.
➡️ https://t.co/cofXSurHiN https://t.co/2DL6BG28Ci