İstanbulda İran və "Avropa üçlüyü" ölkələrinin nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən məlumat yayıb.
Görüş İranın baş konsulluğunun binasında bağlı qapılar arxasında baş tutub. Məsləhətləşmələr təxminən üç saat yarım davam edib. Hər iki tərəf dialoqun gələcəkdə də davam etdirilməsi barədə razılığa gəlib.
İstanbulda bu dəqiqlərdə İran və "Avropa üçlüyü" ölkələri arasında danışıqlar başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Böyük Britaniya, Fransa və Almaniya rəsmilərindən ibarət "Avropa üçlüyü" ölkələrini təmsil edən diplomatlar danışıqlar üçün İranın İstanbuldakı konsulluğuna daxil olublar.
Danışıqlarda İranı xarici işlər nazirinin müavinləri Məcid Taxt-Rəvançi və Kazem Qəribabadi təmsil edirlər.