Son sutka ərzində Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha 17 nəfər ölüb.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün sosial media hesabında məlumat yayıb.
Məlumatda bildirilir ki, son 24 saatda 947 nəfərdə infeksiya aşkarlanıb. Sağalanların sayı isə 1013 olub.
Bununla da Türkiyədə ümumilikdə 215 940 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5419 nəfər ölüb, 197 733 nəfər isə müalicə olunaraq evə buraxılıb.
Посмотреть эту публикацию в InstagramNazir qeyd edib ki, son iki gündə nəticələrin yaxşılaşması Türkiyədə COVID-19 infeksiyasına ciddi xəstəlik olaraq yanaşmanın göstəricisidir.
"COVID-19" teqi üzrə xəbərlər
- İki saxta sertifikat futbolçuya baha başa gəldi: Millidən UZAQLAŞDIRILDI
- ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
- Qəbiristanlıqda şok tapıntı: COVID-19 zamanı ölən 19 nəfərin cəsədi aşkarlanıb
- Məşhur futbolçu COVID-19 sertifikatına görə beş il həbs oluna bilər
- Ekvadorun sabiq prezidentinə doqquz il həbs cəzası verildi
Digər xəbərlər