Türkiyənin Hatay vilayətində maraqlı hadisə baş verib. Dörtyol rayonunda pəncərənin arasından evə girmək istəyən ilan oradaca ilişib qalıb və çıxa bilməyib.
Oxu.Az bu barədə İHA-ya istinadən xəbər verir.
Ev sahibinin zəngindən sonra hadisə yerinə yanğınsöndürmə qrupları gəlib və ilanı çıxarmaq üçün işə başlayıblar. Onlar ilana zərər vermədən onu ilişib qaldığı yerdən çıxara biliblər.
Türkiyədə maraqlı xilasetmə əməliyyatı: Evə girməyə çalışan ilan pəncərədə ilişib qaldı - VİDEO
Daha sonra xilas edilən ilan təbii yaşayış mühitinə buraxılıb.
Qaynar xətt:
(055) 224 12 12