Çinin Hençjou şəhərində daşqınlar səbəbindən yüzlərlə zəhərli ilan fermadan qaçıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sohu" nəşri məlumat verib.
Qeyd olunub ki, yaxınlıqda yerləşən Denvey kəndində ilanlardan biri yerli sakini sancıb.
"Bizim ilkin hesablamalarımıza görə, 800-900 ilan qaçıb. Hazırda bir kənd sakini xəsarət alıb və xəstəxanada təcili yardım alır", - deyə yerli kənd şurasının rəhbəri bildirib.
O, həmçinin qeyd edib ki, bu ilanları hamısı zəhərli olmayıb, sürünənlərin yalnız bir hissəsi insanlar üçün təhlükə yaradır.
Qaynar xətt:
(055) 224 12 12