Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkiyədə Zəfər Bayramı qeyd olunur
Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir.
Oxu.Az-ın məlumatına görə, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.
Birinci Dünya müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-22-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.
İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.
Avqustun 30-u, həmçinin, Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.
"Türkiyə" teqi üzrə xəbərlər
- Fidan: "Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər"
- Türkiyədə ailəsi tərəfindən öldürülən Narin Güranın son arzusu məlum oldu: Qardaşından nə istəyib?
- Türkiyədə günlərdir yoxa çıxan gənc qadın sağ tapıldı: Anbaan görüntülər
- Türkiyə Avropanı özünün güc mərkəzini yaratmağa çağırdı
- Rafet El Romandan etiraf: Ən lazımsız mahnısını açıqladı