Türkiyəli tarixçi və akademik İlber Ortaylının infarkt keçirdiyinə dair yayılan xəbərlər təkzib edilib.
Oxu.Az bildirir ki, Ortaylının "X" sosial şəbəkə hesabından verilən açıqlamada və tarixçinin qızının paylaşımında infarkt iddiaları qəti surətdə təkzib edilib.
Qeyd edilir ki, məşhur tarixçi xəstəxanada yalnız nəzarət məqsədilə olub.
Ortaylı qısa müddət ərzində xəstəxanadan evə buraxılıcağını deyib.
Türkiyəli tarixçi və akademik İlber Ortaylı infarkt keçirib.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Bildirilir ki, Ortaylı aparıldığı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyətinin ağır olduğu qeyd edilir.