Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Çanaqqalada meşə yanğınları nəzarət altına alınıb
Çanaqqalanın Eceabat bölgəsindəki meşə yanğınının nəzarət altına alınıb.
Bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı açıqlayıb.
Onun sözlərinə görə, güclü külək səbəbindən bəzi yerlərdə yanğının yenidən aktivləşməsi ehtimalı var idi, lakin nəzarət tədbirləri sayəsində vəziyyət sabitləşdirilib.
"Yanğınla mübarizəyə doqquz təyyarə, altı helikopter, 94 yanğınsöndürən maşın və iş texnikası, 540 heyət cəlb olunub", - deyə nazir vurğulayıb.
Türkiyənin Çanaqqala, Uşak və İzmir vilayətlərini meşə yanğınları bürüyüb.
Bu barədə yerli hakimiyyət orqanları xəbər verib.
Məlumatlara görə, təbii fəlakətlə mübarizə artıq 24 saatdan çoxdur ki, davam edir.
Çanaqqala və Uşak vilayətlərində yanğınlar dünən axşam başlayıb və hələ də onları lokallaşdırmaq mümkün olmayıb.
İzmir vilayətinin Dikili rayonunda yanğın gecə başlayıb və küləyin təsiri altında yaxınlıqdakı ərazilərə sürətlə yayılıb.
Hazırda hər üç istiqamətdə havadan və qurudan alovun söndürülməsi cəhdləri davam edir.
Yanğınların söndürülməsi üçün yüzlərlə yanğınsöndürən, onlarla helikopter və təyyarə cəlb olunub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Uşak vilayətində yanğın təhlükəsi səbəbindən bəzi evlərin sakinləri təxliyə ediliblər. İzmirdə balıq təsərrüfatına və bir yaşayış evinə ziyan dəyib.
Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.
Xatırladaq ki, dünən Bursanın Orhaneli, Antalyanın Aksu və Muğlanın Milas rayonlarında da meşə yanğınları qeydə alınıb.
Mənbə: TRT Haber