Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ukrayna MSK rəhbəri: "Prezident seçkisinin vaxtını uzatmaq olmaz"
"Münaqişə başa çatdıqdan sonra Ukraynada prezident seçkisinin keçirilmə vaxtını uzatmaq olmaz".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ukrayna Mərkəzi Seçki Komissiyasının rəhbəri Oleq Didenko "El Pais" nəşrinə müsahibəsində deyib.
"Biz müharibədən sonrakı seçkiyə mümkün qədər yaxşı hazırlaşmalıyıq. Lakin bu müddətlər həddindən artıq uzadılmamalıdır ki, kifayət qədər əsas olmadan hakimiyyətdə qalmaq cəhdi kimi görünməsin", - deyə Didenko bildirib.
O, həmçinin əlavə edib ki, atəşkəsdən sonra prezident seçkisinə hazırlaşmaq üçün üç aydan çox vaxt lazım olacaq.
Qeyd edək ki, aprelin 16-da Ali Rada Ukraynada hərbi vəziyyətin və səfərbərliyin müddətini növbəti dəfə uzadıb. Hərbi vəziyyət dövründə ölkədə prezident və parlament seçkilərinin keçirilməsi qadağandır.
"Ukrayna" teqi üzrə xəbərlər
- ABŞ-dən Almaniyanın Ukraynaya "Patriot" raketləri göndərməsinə "yaşıl işıq"
- Tramp: "Rusiya və Ukrayna üçün böyük həftə başlayır"
- Ukrayna Milli Qvardiyasının altı yüksəkvəzifəli məmuru işdən qovuldu
- Hakan Fidan: "Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəs səylərini dəstəkləyir"
- Zelenski Tramp və Kiyevə səfər edən Avropa liderləri ilə ATƏŞKƏS RAZILIĞINA GƏLDİ