Ukraynanın Odessa şəhərində iki uşaq anası pul müqabilində tutduğu dayəni azyaşlı övladını döyməkdə ittiham edib. Yerli sakin Mariya Litovçenkanın sözlərinə görə, dayə İnqa Qaluşka hadisədən sonra bir şüşə şərab içib.
Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, hadisə yanvarın 4-də baş verib.
Həmin gün Mariya anasının insult keçirmə səbəbindən İsmail şəhərinə getməli olub və övladlarını dayənin yanına qoyub. Bir neçə saat sonra Mariya İnqaya zəng etsə də, o, telefonu götürməyib. Narahat olan ana geri qayıtmalı olub. Evə girəndə isə dəhşətli hadisənin şahidi olub: İnqa divanda yatıb, azyaşlı övladı isə üzü qanlı uzanıb.
Qadın məsələ ilə bağlı fikirlərini “Facebook” hesabından paylaşıb.
“Mən qapını bağladım, polis və təcili yardım çağırdım, onun isə getməsinə icazə vermədim. O, əvvəl məni təhqir etdi, daha sonra bildirdi ki, uşağın üzü əvvəldən belə olub”, - Mariya bildirib.
Ananın sözlərinə görə, hadisə yerinə gələn həkimlər uşağa güclü yumruq zərbəsinin vurulduğunu bildiriblər. Dayə isə polis bölməsinə aparılıb.
Rəylər