Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ukraynadan Rusiyaya növbəti hücum: Günlərdir yanan neft anbarını yenidən vurdu
Rusiyanın Proletarsk şəhərində avqustun 18-də Ukraynanın PUA hücumu nəticəsində yanğın baş verən və günlərdir söndürülməsi mümkün olmayan neft anbarına yeni PUA hücumu olub.
Bu barədə Oxu.Az Rusiya və Ukrayna "Telegram" kanallarına istinadən xəbər verir.
Ukrayna kəşfiyyatı tərəfindən həyata keçirilən yanğının altı gündür qarşısını almaq mümkün deyil və neft çənləri ard-arda partlamağa davam edir. Hazırda yanğın lokallaşdırılmayıb və alovun kerosin çənlərinə də keçmə təhlükəsi var.
İlkin məlumatlara görə, PUA düşməsi nəticəsində xəsarət alan olmayıb.
Eyni zamanda yeni hücumla bağlı hələlik rəsmi məlumat yoxdur.
Rəylər