Ukraynanın "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin "Telegram" kanalında məlumat verilib.
"Avqustun 10-da axşam saatlarında Odessada döyüş tapşırığını yerinə yetirərkən Hərbi Hava Qüvvələrinin "MiQ-29" qırıcı təyyarəsi itirilib", - deyə məlumatda bildirilir.
Hərbçilər dəqiqləşdiriblər ki, təyyarəçi hava hədəflərinin qarşısını kəsirdi. İlkin məlumatlara görə, aviasiya raketinin buraxılışı zamanı təyyarə alışıb və pilot idarəetməni itirib.
Ukraynalı döyüşçü qırıcını xilas etməyə çalışsa da, bu, mümkün olmayıb. Bundan sonra o, katapult edib. Pilot tibb müəssisəsinə təxliyə olunub.