Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

USAID-də qalmaqal: Dövlət qulluqçuları kütləvi şəkildə məcburi məzuniyyətə göndərildilər
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyində (USAID) böyük qalmaqal baş verib - təşkilatın 50-dən çox dövlət qulluqçusu təcili olaraq inzibati məzuniyyətə göndərilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "NBC News" telekanalı bir vəzifəli şəxsə və USAID-in iki keçmiş əməkdaşına istinadən xəbər verib.
Bu radikal tədbirlərin səbəbi "prezidentin icra fərmanlarının pozulması" şübhələridir.
"Biz USAID-də prezidentin icra fərmanlarının yerinə yetirilməsindən yayınmağa yönəlmiş bir sıra hərəkətlər qeydə almışıq. Bununla əlaqədar olaraq, bu hərəkətlərin yoxlanılması başa çatanadək, USAID-in bir sıra əməkdaşlarını tam əmək haqqı və güzəştlər saxlanılmaqla növbəti bildirişə qədər məcburi məzuniyyətə göndərmək qərarına gəldik", - deyə USAID-in hazırkı rəhbəri Ceyson Qrey bəyan edib.
Telekanalın məlumatına görə, USAID əməkdaşlarına bu qərar barədə bazar ertəsi gecə saatlarında məlumat verilib.
USAID - ABŞ-nin digər ölkələrə qeyri-hərbi yardım göstərən əsas hökumət agentliyidir. Onun illik büdcəsi təxminən 27 milyard dollar təşkil edir.
"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID)" teqi üzrə xəbərlər
- Ermənistan USAID vasitəsilə 110 milyon dollar alıb: XİN-dən açıqlama
- ABŞ-də USAID-in qərargahı 11 milyon dollar qənaət etməyə imkan yaratdı
- Moldovanın eks-prezidenti Dodon USAID-i ittiham etdi
- Tramp USAID-in 90%-dən çox xarici yardım müqaviləsini ləğv edəcək
- USAID-in Ukraynada absurd xərcləri üzə çıxdı