ABŞ-ın Vaşinqton şəhərində silahlı insident nəticəsində üç nəfər həyatını itirib.
Oxu.Az “The Washington Post”a istinadən xəbər verir ki, bunu şəhərin polis rəisi Piter Nyuşem deyib.
Məlumata görə, odlu silah yaralanmış iki nəfər avtomobillərdən birində aşkar edilib, daha bir meyit isə maşından 45 metr aralıda tapılıb.
Hadisənin təfərrüatı araşdırılır, polis əməkdaşları cinayətkarı axtarır.