İndoneziyanın Mərkəzi Sulavesi əyalətində daşqın və yer sürüşməsi nəticəsində 68 nəfər həyatını itirib, 47 nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Sinxua”ya Təbii fəlakətlərin qarşısının alınması agentliyinin rəsmisi Sutopo Nuqroxo məlumat verib.
Daşqınlara aramsız yağan yağış səbəb olub. Buna görə də Makasara şəhərindən 30 km aralıda yerləşən dambanı açmaq məcburiyyətində qalıblar. Gova məntəqəsinin başçısı qeyd edib ki, dambanı açmamaq daha ağır nəticələrə gətirib çıxara bilərdi.